6 C
Baku
Sunday, January 29, 2023

Azərbaycanda “Turizm Reyestri” istifadəyə veriləcək

Azərbaycanda tezliklə yay fəsli başlayır. Vətəndaşlar əsasən bu fəsildə istirahət etməyə üstünlük verirlər. Bu səbəbdən turizm firmalarına üz tutanların sayı da artır.

Lakin bəzi tur firmaları insanları aldadıb, pulunu mənimsəyir, ya da reklamlarında təqdim etdikləri xidməti vətəndaşlara göstərmirlər.

Banker.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirib ki, turizm firmalarına nəzarət mexanizmi yoxdur.

Onun sözlərinə görə, turizm şirkətləri 2015-ci ildən lisenziyasız fəaliyyət göstərirlər.

“Şirkətlər Dövlət Vergi Xidmətində hüquqi və fiziki şəxs kimi qeydiyyatdan keçib, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN əldə edirlər. Bəzi turizm firmalarının vətəndaşları aldatmaları ilk hal deyil. Biz vətəndaşlara tövsiyə edirik ki, turizm firmalarına ödəniş edərkən həmin şirkəti mütləq araşdırsınlar”.

G.Mustafayeva qeyd edib ki, yeni imzalanan “Turizm haqqında” qanuna əsasən Turizm Reyestri fəaliyyətə başlayacaq:

“Turizm Reyestrinin hazırlanması üzərində işlər aparılır. Bu onlayn platforma proqram təminatı olacaq. Turizm Reyestri hazır olduqdan sonra turizm agentlikləri, turizm firmaları reyestrdə qeydiyyatdan keçməli olacaqlar. Onların etibarlılığı haqqında daha dəqiq məlumatlar reyestrdə toplanacaq. Turizm şirkətlərin reytinq cədvəlləri də formalaşdırılacaq. Artıq istehlakçılar turizm şirkətini seçərkən reyestrə daxil olaraq reytinq cədvəlinə uyğun olaraq oradan inamlı şirkətləri seçə biləcəklər”, – deyə o əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X