29 C
Baku
Sunday, June 26, 2022

Azərbaycanda uçot dərəcəsi nə vaxt aşağı düşə bilər?

Məlum olduğu kimi, Mərkəzi Bank uçot dərəcəsini son dörvlərin rekord göstəricisinə – 15% qaldırmışdır. Çoxları bir-başa olaraq bunun hansı anlama gəldiyini anlamasada, dolayı yolla onun təcəssümlərinin effektini yaxından izləyirlər. Buna misal olaraq, kredit faizlərinin ,depozitlərin faizlərinin artımasını nümunə gətirmək olar.

Banker.azın verdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən bu qədər yüksək faiz dərəcəsi yalnız bir dəfə, 2008-ci ildə qeydə alınmışdır. Qeyd olunan faiz nə qədər yüksək həddə qalsa, kredit faizlərinin bir o qədər baha satılacaqdır.

Mütəxəssislər Mərkəzi Bank tərəfindən niyə məhz indi uçot dərəcəsinin artırılması məsələsi isə müxtəlif hipotezlərlə müşahidə olunur. Bunlardan ən populyarı, manatın qiymətinin artırılması, manatın dəyərinin artırılması (dolayı yolla depozit faizlərinin qaldırılması və banklara axan ucuz manat kütləsinin axması) göstərilə bilər.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə yaxın 1 ildə Mərkəzi Bankın uçot dərəcəsini endirmək real görünmür. İndiki yüksək inflyasiya fonunda ola bilsin Mərkəzi Bank uçot dərəcəsini bir az da qaldırsın. Təxminən 17%-ə qədər qaldırıla bilər. Gələn il hökumətin ehtiyatlarını qoruması fonunda manata təzyiq daha çox olacaq. Manatı qorumağın mexanizmərindən biri də məhz uçot dərəcəsinin yüksək səviyyədə saxlanması olacaq.

ucot

Son xəbərlər
Oxşar xəbərlər