7 C
Baku
Saturday, April 13, 2024

Azərbaycanda uçota alınan operator və internet provayderlərinin sayı 157-yə çatıb

Azərbaycanda uçota alınan operator və internet provayderlərinin sayı 157-yə çatıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Bildirilir ki, İKTA internetin təkrar satışı xidmətini göstərən “Robonet”, “Setnet” və “Smart Office” MMC-ləri, həmçinin Naxçıvanda ADSL, GPON, ETTH, Hostinq və digər internet xidmətləri göstərən Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzini (Naxinternet) uçota alıb.

Xatırladaq ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər