12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Azərbaycanda ÜDM-in həcmi 2026-cı ilədək 100 mlrd. manatı keçəcək

2025-ci ilin yekunlarına görə, Azərbaycanda nominal ÜDM-in həcmi 103,654 mlrd. manatı keçəcək.

Bu proqnoz “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.

Proqnozlara görə, 2022-ci ildə ölkədə nominal ÜDM-in həcmi 86,582 mlrd. manat, 2023-cü ildə 93,186 mlrd. manat, 2024-cü ildə isə 98,944 mlrd. manata çatacaq.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə proqnozlarına görə isə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycan ÜDM-i 5,1% artacaq. 2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2020-ci ilin yekunlarına görə, ölkənin nominal ÜDM-nin həcmi 72 432 mlrd. manat təşkil edib, real ÜDM-nin azalması isə 4,3%-ə bərabər olub.

 

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X