22 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda ulduz dərəcəsi alan hotellərin sayı açıqlanıb

Azərbaycanda 2 ildir ki, həyata keçirilən Milli Ulduz Təsnifatına indiyə qədər 150 hotel müraciət edib, onlardan 100-ə yaxının müraciətinə baxılıb və 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, bu barədə “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin V Baş Assambleyasında danışıb.

“Müştəri məmnuniyyəti aşağı düşdükdə bu barədə hotelə xəbərdar edilir və tədbir görülmədikdə ulduz dərəcəsi ləğv edilir. Ümumiyyətlə, “Turizm haqqında” yeni qanuna görə hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz dərəcəsi üçün müraciət etməlidir. Koronavirus (COVID-19) pandemiyasına görə hotellərə ulduz verilməsi ləngisə də, yeni qanun bu prosesi sürətləndirib. Agentlik olaraq biz hotellərlə konsultasiya işlərini davam etdiririk, bütün proseslərdə körpü rolunu oynayırıq. Ümid edirəm ki, hotellər iddia etdikləri ulduz kateqoriyasını ala biləcəklər”. – deyə sədr əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər