Azərbaycanda universitet distant dərsləri dayandırır.
Banker.az xəbər verir ki, UNEC-də distant dərslərin təşkilində 1 həftəlik fasilə verilir.
Xatırladaq ki, 1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti
Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-də 9 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır.
Mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 77 professor, 326 dosent çalışır.