6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Azərbaycanda uşaqlar arasında kütləvi virus yayılıb

“Son günlər uşaqlar arasında yayılan virus adi qrip – “influenza” virusunun A və ya B ştamıdır”.

Bunu açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.

Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, “influenza” virusunun A və ya B ştamları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.

Həkim qeyd edib ki, bu, koronavirus deyil, bilinən qrip virusudur: “Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda gecikdirmədən həkimə müraciət etsinlər. İlk asqırmada, öskürək, göz sulanması və hər hansı narahatlıq olan kimi həkimə müraciət edilməlidir. Çünki bəzən valideynlər uşaqlarını türkə-çarə üsulu ilə müalicə edib vaxt itirirlər. Bu isə gecikdirilmiş mərhələdə müalicə müddətinin uzanması deməkdir. Əgər erkən mərhələdə həkimə müraciət edilsə, onda həm test vaxtında götürülə, həm də lazımi müayinə-müalicə üsulu vaxtında həyata keçirilər”.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər