13 C
Baku
Tuesday, May 14, 2024

Azərbaycanda və dünyada pensiya yaşı – Hansında daha çoxdur?

Bu gün dünya ölkələrində insanlar illər boyu ölkənin inkişafı üçün əmək fəlaiyyətində olduqları üçün qocalan zaman dövlət tərəfindən müəyyən məbləğdə aylıq imtiyazlar alırlar ki, buna da pensiya deyilir.

Hazırda isə müxtəlif ölkələrdə pensiya sistemləri müəyyən problemlərlə qarşı-qarşıyadır. Bunun da əsas səbəbi bütün Qərb dünyasına təsir edən demoqrafik proseslərdir. Belə ki, doğulanların sayı azalır, gözlənilən ömür uzanır, cəmiyyət isə qocalır.

1651818537 pensiya02

Bu prosesdə də pensiya fondlarına pul köçürən işçilər azalır.

Belə bir vəziyyətdə pensiya sistemlərində islahatlar aparılmasına start evrilib. İslahatlardan biri isə pensiya yaşının artırılmasıdır. Dünya ölkələrində isə yaşlı əhali belə islahatlarla razılaşmır. Çünki müəyyən olunan pensiya yaşına çata bilən əhalinin faizi günü-gündən azalır.

Elə son günlər Azərbaycanda da gündəmin əsas müzakirə mövzusuna çevrilən pensiya yaşı ilə bağlı məsələ Milli Məclisin ötən gün keçirilən iclasında da aktuallığını qorudu. Parlamentarilər kişilərin 63, qadınların 60 yaşda pensiyaya çıxamasını məqbul hesab etdilər. Müzakirələrə qoşulan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov təkliflərin nəzərə alınacağını, pensiya ilə bağlı yeni konsepsiya hazırlandığını vurğulayıb.

Gündəmdə olan mövzu ilə bağlı dünya ölkələrində insanların pensiya yaşını araşdırılıb.

Avropa ölkələrində bu yaş təqribən 65-dir.

Belə ki, Fransada kişilər və qadınların orta hesabla pensiya yaşı 62-dir. Bundan başqa insanlar 60 yaşında erkən pensiyaya çıxa bilərlər. Son illər Fransada pensiya yaşı mübahisəli mövzudur. Hökumət 64 yaşa qədər işləmək ideyasını irəli sürməyə çalışdıqda, bu, uzun etirazlara səbəb  olub.

Yunanıstanda da erkən pensiya qəbul edilir. Bu ölkədə orta hesabla kişilər 61,7 yaşında pensiyaya çıxır, qadınlar isə 60 yaşında işləməyi dayandırırlar.

Belçikada kişilər və qadınlar rəsmi olaraq 65 yaşında təqaüdə çıxırlar.

Polşada isə əksinə proses baş verir. Belə ki, ölkə pensiya yaşını kişilər üçün 67-dən 65-ə, qadınlar üçün isə 60-a endirib.

1651818585 30 0

İspaniyada rəsmi pensiya yaşı 2027-ci ilə qədər tədricən 65-dən 67-yə qaldırılır, lakin orta hesabla ispanlar 61.7 (kişilər 62.1, qadınlar 61.3) ilə pensiyaya çıxırlar.

İtaliyada kişilər 63,3, qadınlar isə 61 yaşa qədər işləyir.

Hazırda alman kişilər 64, qadınlar isə 63,6 yaşda təqaüdə çıxırlar. Almaniyada rəsmi pensiya yaşı 65-dən çox deyil.

Danimarkalı kişilər və qadınlar üçün rəsmi pensiya yaşı 65-dir, lakin 2022-ci ilə qədər tədricən 67-yə, 2030-cu ilə qədər isə 68-ə yüksəldilməsi gözlənilir.

1651818564 pensiya

Hazırda Böyük Britaniyada pensiya yaşı 66-dır, lakin kişilər orta hesabla 64,7, qadınlar isə 63,6 yaşda təqaüdə çıxırlar. 2039-cu ilə qədər rəsmi pensiya yaşının 68-ə qaldırılmasının nəzərdə tutulmasına baxmayaraq, real pensiya yaşının daha 0,3% azaldığına dair artıq sübutlar var.

Amerikalılarda pensiya ilə bağlı ümumi yaş həddi 62-dir. Sorğulara əsasən, bu yaşdan sonra insanlar səyahət etməyi planlaşdırırlar.

Avstriyada isə rəsmi pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 65-dir.

1651818578 kisi

Cənubi Afrika dövlət xidmətlərinin məlumatlarına görə, bu ölkə vətəndaşları orta hesabla 60 yaşında pensiyaya çıxırlar.

Türkiyədə rəsmi pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 58-dir. Lakin insanların çoxu bu yaşdan sonra altı ildən çox işləyir, kişilər 66,3, qadınlar isə 64,9 yaşda pensiyaya çıxırlar.

1651818500 9 0

Azərbaycanda isə qadınlar 62,5 yaşına, kişilər isə 65 yaşına çatdıqda pensiya üçün müraciət edə bilərlər.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Eyni zamanda, ölkə əhalisinin yalnız 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir.

1651818523 pensiyaci

Azərbaycanda orta ömür uzunluğu 71,4 ildir. Bu, gözlənilən ömür reytinqində ən aşağı göstəricilərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun proqnozlarına görə, yaxın illərdə ölkədə pensiya yaşına çatmış vətəndaşların sayı xeyli artacaq. Bu fenomenin səbəbi əhalinin ömrünün artması olacaq.

2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197,0 min nəfər olmaqla ölkə əhalisinin 11,9 faizini təşkil edib.

Şimal qonşumuz Rusiyada kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63 yaşdır.

Ermənistanda isə pensiyaçıların yaş həddi qadınlarda və kişilərdə 63-dür. Gürcüstanda pensiya müddəti qadınlar üçün 60 yaşda, kişi üçün 65 yaşda başlayır.

1651818519 teqaud 3586h776

Mərkəzi Asiya bölgəsində isə pensiya həddi belədir:

Qazaxıstan, Qırğızıstan, Tacikistan da  qadınlar 58, kişilər 63 yaşda, Özbəkistanda qadınlar 55 yaş, kişilər 60 yaşda, Türkmənistanda qadınlar 57, kişilər isə 62 yaşda pensiyaya çıxırlar.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər