12 C
Baku
Bazar, Oktyabr 24, 2021

Azərbaycanda vətəndaşların kredit tarixçələri 10 il saxlanılacaq

“Azərbaycan Kredit Bürosu”nda saxlanılan məlumatlar son 10 ilə aid məlumatları əhatə edəcək.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.

“İndiyə qədər formalaşmış tarixçələr də Büroya ötürüləcək. Bundan sonra da məlumatlar toplanılacaq və azı 10 il saxlanılacaq. Odur ki, vətəndaşlar öhdəlikləri ilə bağlı maksimum məsuliyyətli olmalıdırlar, hər kəs kredit tarixçəsini özü formalaşdırır”, – deyə Z.Nuriyev qeyd edib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər