25 C
Baku
Wednesday, May 29, 2024

Azərbaycanda vətəndaşların tibbi sığortası ilə bağlı qaydalar yenilənir

Azərbaycanda uzun müddətdir həllini gözləyən vətəndaşların tibbi sığortası ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Parlamentdən verilən məlumata görə, bu, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 13-cü (Vətəndaşların tibbi sığortası) maddəsinə edilən dəyişikliyə görə, vətəndaşların tibbi sığortası (məcburi və könüllü) Azərbaycanın yeni sığorta qanunvericiliyinə əsasən həyata keçiriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq.

APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər