4 C
Baku
Sunday, December 4, 2022

Azərbaycanda valideynlik hüquqlarından məhrumetmə qaydası dəyişib

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, Ailə Məcəlləsinin 65.5-ci bəndi yeni redaksiyada verilib: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Qeyd edək ki, əvvəllər məhkəmənin valideynlik hüquqlarından məhrumetmə haqqında qətnaməsinin çıxarışı qanuni qüvvəyə mindikdən sonra üç gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına göndərilməliydi.

Son xəbərlər
Digər xəbərlər
X