13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Azərbaycanda vaxtından tez və ya gec pensiyaya çıxma sistemi tətbiq ediləcək

“Azərbaycanda 143 min şəxs ailə başçısını itirməyə görə pensiya alır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir yığılan pensiya kapitalını başqa cür götürmək və xərcləmək üçün yeni tədbirlər barədə düşündüklərini bildirib: “Vaxtından tez və ya vaxtından gec pensiyaya çıxma sistemini də tətbiq etməyi düşünürük. Bu mexanizm üzərində işləyirik. Növbəti 5 ildə bu islahatların bizə yaradacağı heç bir problem yoxdur. Amma 2035-ci ildə bizdə ahıl şəxslərin sayı artacaq. Göz görə-görə bu riskə gedə bilmərik”.

Nazir bildirib ki, nazirliyin apardığı sorğuların heç birində işçi və ya işəgötürənin əlavə sosial sığorta ödəmək istəməsinə rast gəlinməyib: “Bu gün Azərbaycanda pensiya alanların böyük əksəriyyətini DSMF subsidiyalaşdırır. Azərbaycanda pensiyaçıların 70 %-i sosial sığorta ödənişlərini yığa bilməyib. Könüllü pensiyanın olmasını biz birmənalı istəyirik. Amma əlavə sosial sığorta ödəmək istəyənlər və istəməyənlərlə bağlı məsələ dəqiqləşdirilməlidir”.

Son xəbərlər
Oxşar xəbərlər
X