2 C
Baku
Sunday, February 25, 2024

Azərbaycanda vergi ödəyicilərinin sayı 6.5% artıb

2022-ci ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 397 137 təşkil edir.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidmətindən verilən məlumata əsasən, vergi ödəyicilərinin 87.5%-i fiziki şəxs, 12.5%-i hüquqi şəxs və digər təşkilatlar olub.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6.5%, o cümlədən fiziki şəxslərin sayı 6.1% (ümumi artımın 82.5%-i), hüquqi şəxslərin sayı 9.4% (ümumi artımın 17.5%-i) artıb.

 

Son xəbərlər
Digər xəbərlər