7 C
Baku
Thursday, December 5, 2024

Azərbaycanda vergi ödəyicilərinin sayı 7% artıb

2022-ci ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.370.252 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxs, 12,4 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Dövlət Xidmətinin məlumatına əsasən, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,7 faiz (ümumi artımın 84,3 faizi), hüquqi şəxslərin sayı 8,9 faiz (ümumi artımın 15,7 faizi) artıb.

Yanvar-iyul ayları ərzində vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,4 faiz olmaqla 0,2 faiz artıb. Kommersiya qurumlarının sayı 154.379 vahid təşkil edib və 9,7 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər