25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda ‘vergi ombudsmanı’ yaradılır

Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsininin vacibliyini xüsusi olaraq vurğulayan vergi nazir Mikayıl Cabbarov bildirib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb.

Banker.az xəbər verir ki, Vergilər Nazirliyinin iclasında həmçinin inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən M.Cabbarov vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb. 

Son xəbərlər
Digər xəbərlər