30 C
Baku
Tuesday, June 28, 2022

Azərbaycanda “Visa” üzrə əməliyyatların həcmi 13 dəfə artıb

Son 5 ildə Azərbaycanda “Visa” kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmi 13 dəfə artıb. Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan “Visa”nın Azərbaycan, Belarus və Moldova üzrə ölkə direktoru İqor Kovalyov deyib.

Onun sözlərinə görə, Azərbaycanda nağdsız ödənişlər üzrə əməliyyatlar region ölkələrinin analoji göstəricilərini üstələyir: “Son 5 ildə Azərbaycanda dollar əməliyyatlarının həcmi 6 dəfə artıb. Həmçinin, kartlarda olan vəsaitlərin nağdlaşdırılması 2,5 dəfə artdığı halda, elektron ödənişlərin həcmi ümumi ödənişlərə nisbətən 8%-dən 10%-ə yüksəlib. Bu rəqəmlər Gürcüstan və Qazaxıstanla müqayisədə bir neçə dəfə çoxdur”.

Report

Son xəbərlər
Oxşar xəbərlər