18 C
Baku
Saturday, May 25, 2024

Azərbaycanda viski istehsalı 20% artıb

Azərbaycanda 2022-ci ilin yanvar- aprel aylarında alkoqollu içki olan viski istehsalının həcmi 8 min dekalitrə yüksəlib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda viski istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.4% çox olub.

Cari ilin 1 may vəziyyətinə Azərbaycanda hazır viski məhsul ehtiyatı isə 23.3 dekalitr təşkil edir.

Qeyd edək ki, cari ildə Azərbaycanda alkoqollu içkilər olan araq 360.7 min dekalitr, üzüm şərabı 214.3 min dekalitr, pivə istehsalı isə 1 083.6 min dekalitr həcmində olub.

Məlumat üçün bildirək ki, ölkədə “Tovuz-Baltiya” və “Azgranata” kimi şirkətlər 2020-ci ildən viski istehsalına başlamışdılar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər