29 C
Baku
Thursday, May 30, 2024

Azərbaycanda viski, konyak, şərab istehsalı kəskin artıb – Rəsmi

Dövlət Statistika Komitəsi Azərbaycanda istehsalı artan içkiləri açıqlayıb.

Banker.az Komitəyə istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında Azərbaycan viski, konyak istehsalını 2.7 dəfə artıraraq 49.5 min dkl-a (1dkl=10l) çatdırıb. 01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 20.7 min dkl. təşkil edir.

Cari ilin yanvar-sentyabr aylarında üzüm şərabı istehsalında da illik 58% artım olub – istehsal 606.4 min dkl. təşkil edib. 01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatının həcmi isə 917.4 min dkl-dır.

Hesabat dövründə 29855.1 min dkl.alkoqolsuz içki istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9.6% artım deməkdir. 01.10.2022-ci il vəziyyətinə olan hazır məhsul ehtiyatı 359.1 min dkl təşkil edir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər