27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda viza ilə bağlı rüsum ləğv olunur

Azərbaycanda viza rəsmiləşdirilməsi üçün nota verilməsi ilə bağlı dövlət rüsumu ləğv olunur.

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.

Qanun layihəsinə əsasən, Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün nota verilməsinə görə dövlət rüsumu ləğv olunur.

Hazırda sözügedən rüsum 4 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər