9 C
Baku
Monday, December 9, 2024

Azərbaycanda xaricdən gətirilən 14 növ kartof əkilir

Azərbaycanda yeni xarici ölkə sortları olan kartof sortları yetişdirilir. Bu barədə fermer Samir Verdiyev məlumat verib. Ölkənin 6 rayonunda kartof əkini ilə məşğul olan sahibkar yalnız xarici ölkələrdən Azərbaycana məhsuldar kartof növləri gətirməklə ölkədə bu sortları inkişaf etdirir: “Hazırda 6 rayonda 340 hektar kartof sahəsi əkirəm. Əkində yerli sortlardan istifadə etmirəm. Yalnız xarici ölkələrdən yeni sortlar gətirərək yetişdirib yerli fermerlərə toxumluq kartof sortları satıram. Məqsədim xarici sortları Azərbaycanda inkişaf etdirməkdir. Əsasən Cəlilabad, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Qəbələ rayonlarında kartof əkirik. Bu vaxta qədər xaricdən Azərbaycana 50 növə yaxın kartof toxumu gətirmişik. Onlardan 14 sort kartofu hazırda da əkirik. Digər sortlar Azərbaycan iqliminə o qədər də yararlı olmadığı üçün təkrar əkmirik. Cəlilabad rayonu ərazisində əkdiyimiz kartof sortu tezyetişən sortdur. Bu rayonda may ayında artıq kartof yığımına başlayırıq. İyun ayında Şəmkirdə, iyulda isə Tovuz və Ağstafa rayonlarında yığım başlayır. Məhsuldarlıq əsasən gecyetişən sortlarda yüksək olur”.

Fermer deyir ki, ötən il orta hesabla hektara 42-45 ton kartof götürüb: “Ölkə üzrə ümumi göstərici ötən il 25-30 ton olub. Bizdə isə 42-45 ton olub. Xaricdən gətirib ilk dəfə əkdiyimiz toxumda isə hətta hektara 55 ton məhsuldarlıq da əldə etmişik. Kartof sortlarını əsasən Almaniya, Hollandiya və Türkiyədən gətiririk”

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər