Azərbaycanda xarici dövlət borcuna xidmətlə bağlı xərclər azaldılır

Azərbaycanda xarici dövlət borcuna xidmətlə bağlı xərclər 102 milyon manat və yaxud 6% azaldılaraq 1 695 milyon manatdan 1 593 milyon manata, o cümlədən faiz ödənişləri ilə bağlı xərclər 49 milyon manat və yaxud 9,5% azaldılaraq 517,9 milyon manatdan 468,9 milyon manata endirilir.

Bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Daxili dövlət borcuna xidmətlə bağlı xərclərin isə dəyişdirilməyərək 133,15 milyon namant, o cümlədən faiz ödənişləri ilə bağlı xərclərin 120,15 milyon manat saxlanılması nəzərdə tutulub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları