25 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Azərbaycanda xarici istehsal konyakın orta qiyməti son iki ilin minimumuna düşüb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda xarici istehsal olan konyakın (brendi) orta qiyməti son iki ilin ən aşağı həddinə düşüb.

Banker.az xəbər verir ki, bu barədə rəsmi statistik mənbədə qeyd edilir.

Hazırda xarici istehsal olan konyakın 0.5 litr həcmdə orta qiyməti 18.23 manat təşkil edir. Bu isə yanvarın əvvəli ilə müqayisədə 15.4% qiymət itkisi ilə yanaşı 2019-cu ilin yanvarından (16.32 manat/litr) bu tərəfə ən aşağı qiymətdir.

Yerli istehsal olan konyakların qiymətləri isə son bir ayda 12.5% bahalaşmaqla hər 0.5 litrinin qiyməti 11.11 manat olub. Bu 2019-cu ilin ilk ayında 8.42 manat idi.

Xatırlatma!

Ötən il Brendi (konyak) istehsalının həcmi 26.8 min dkl olmuşdur, bunun da 20.2 min dkl-ı satışa yönəldilib. Öncəki ildə brendi istehsalının həcmi 24.8 min dkl idi.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər