26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda xarici sərmayələr 32% artıb

Cari ilin yanvar-may aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 455,1 mln. manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu illik müqayisədə 31,6% artıb.

Hesabata əsasən, cari ildə yatırılan xarici investisiyaların 544,1 mln. manatı may, 935,1 mln. manatı aprel, 734,8 mln. manatı mart, 611,7 mln. manatı fevral və 629,4 mln. manatı yanvar ayında həyata keçirilib. Nəticədə, ötən ay investisiya qoyuluşu əvvəlki ayla müqayisədə 41,8% azalıb.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 129,4 mln. manatı və ya 90,6%-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Report

Son xəbərlər
Digər xəbərlər