13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Azərbaycanda yağ istehsalı bu qədər olub

Bu ilin 10 ayı ərzində kərə yağının istehsalı 4.8% artıb, duru bitki yağlarının istehsalı 0.7%, marqarin istehsalı isə 4.3% azalıb.

Banker.az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsindən bildirilir.

DSK-nın məlumatına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 21352.6 ton kərə yağı istehsal edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 4.8% çoxdur. 01.11.2021-ci il vəziyyətinə kərə yağı ehtiyatı 164.1 tondur.

Hesabat dövründə 39699.8 ton marqarin yağı (-4.3%) və 43066.2 ton duru bitki yağı (-0.7%) istehsal edilib. 01.11.2021-ci il vəziyyətinə marqarin yağı ehtiyatı 3456.2 ton, duru bitki yağı ehtiyatı isə 4314.2 tondur.

Son xəbərlər
Oxşar xəbərlər
X