24 C
Baku
Thursday, June 30, 2022

Azərbaycanda yanğından sığorta bazarı kiçilir

Bu ilin aprel ayında Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası bazarı kiçilib.

Banker.az bu barədə Azərbaycan Milli Bankına istinadən xəbər verir.

Belə ki, hesabat dövründə bu sığorta növü üzrə yığımlar keçən ilin aprel ayı ilə müqayisədə 16.2% kiçilərək 13 mln. 294.5 min manat olub. Sığorta ödənişləri  4.9 dəfə kiçilib. AMB-nin məlumatına əsasən, cari ilin aprelində ödənişlərin həcmi 541.7 min manat təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər