24 C
Baku
Wednesday, August 17, 2022

Azərbaycanda yeni Data Mərkəzi tikilir

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti “Nor Construction” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Uptime İnstitute təşkilatının Tier 3 standartlarına müvafiq tikilən yeni Data Mərkəzi üçün Dizel generatorların yanacaq təminatı məqsədilə tikinti quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 216 min 214 manatdır.

Bildirək ki, “Nor Construction” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Əbilfərz Əliyevdir.

 

Son xəbərlər
Oxşar xəbərlər