3 C
Baku
Saturday, February 24, 2024

Azərbaycanda yeni müəssisəsə yaradıldı

Kənd Təsərrüfatı Nazirliyi “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin yaradıldığını elan edib. Vergilər Nazirliyinə istinadən məlumata görə, yeni müəssisə Beyləqan rayonundakı “Xətai adına südlük-maldarlıq üzrə damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsi” və “Dostluq qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC-lərin birləşdirilməsi əsasında yaradılıb.

Bununla əlaqədar, yuxarıda adları qeyd edilən MMC-lərin kreditorları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Ləvğetmə Komissiyasına iki ay ərzində müraciət etmələri xahiş olunur.

Report

Son xəbərlər
Digər xəbərlər