30 C
Baku
Friday, July 19, 2024

Azərbaycanda yeni qanunlar qəbul ediləcək

Azərbaycanda bir neçə yeni qanun layihəsi qəbul ediləcək.

Banker.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında 2023-cü il payız sessiyası üçün müzakirə edilib.

İş planına aşağıdakı qanun layihələri daxildir:

Büdcə zərfinə daxil olan “2024-cü il dövlət büdcəsi haqqında”, “2024-cü il üçün yaşayış minimumu haqqında”, “2024-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları haqqında Azərbaycan Respublikası Qanun layihələri, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsi, “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

Son xəbərlər
Digər xəbərlər