8 C
Baku
Wednesday, November 30, 2022

Azərbaycanda yeni radio yaradıldı

Fevralın 1-dən Azərbaycanda yeni – 100.5 FM tezliyində Radio TMB fəaliyyətə başlayır.

Banker.az xəbər verir ki, bu barədə şirkətdən bildirilir.

“Türk millətlərinin və xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə TMB (Türk Millətlər Birliyi) media qrupu yenilikləri ilə efir yayımına start verir.

Türkdilli ölkələrin və xalqların müasir musiqisini təmsil edən “Radio TMB” beynəlxalq radio kanalı https://100.5fm.az/ platformasında dövlətlərarası informasiya məkanının inkişafına töhfəsini verəcək” – deyə, bildirilir.

100.5 FM tezliyində 1998-ci ildən “Bürc FM” kimi ölkə ərazisində yayımlanırdı. Radio 2016-cı ildə “Bürc FM” adından imtina edərək “100.5 FM” adını almışdı.

“TMB – Türk Musiqiisinin Birləşdirən radio” devizi ilə fəaliyyətə başlayan radionun fəaliyyətinin əsas prioriteti informasiya və media sahəsində layihələr hazırlamaqla yanaşı, dünya mədəniyyətinin populyarlaşdırılması, möhkəmləndirilməsidir. Türkdilli ölkələrin mədəni platformada birləşdirilməsi missiyasına artıq beynəlxalq TÜRKSOY təşkilatı da öz dəstəyini nümayiş etdirib”.

Son xəbərlər
Digər xəbərlər
X