-1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yeni sığorta brokeri yaradılıb

Azərbaycanda yeni “Status Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, ötən gün 4 iyun 2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Oksana Marinçenko Andreyevna adlı şəxsdir.

Broker şirkəti AZ1010, Bakı Şəhəri Nəsimi rayonu, Nizami, ev 90a, Lanmark Binası Iıı, 3-cü mərtəbə ünvanında qeydiyyatdadır.


Sığorta brokeri – müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs.

Misal:
Şəxs öz mənzilini sığorta etdirmək istəyir və bunun üçün sığorta şirkəti (sığortaçı) seçməkdə çətinlik çəkir. O, mütəxəssisə müraciət edir və hansı şərtlərlə sığorta təminatı axtardığını ona bildirir. Sığorta müqaviləsinin bağlanacağı halda müvafiq haqq (komisyon muzd) alacaq həmin mütəxəssis şəxsin şərtlərinə cavab verən sığortaçını tapmaq üçün araşdırma aparır və məqbul hesab etdiyi sığorta şirkəti ilə şəxsin adından danışıqlar aparır. Şəxslə sığortaçı arasında sığorta müqaviləsi bağlandıqdan sonra da həmin mütəxəssis şəxslə daima əlaqə saxlayır. Sığorta hadisəsinin (mənzildə yanğın və s.) baş verməsindən sonra şəxs zərərin əvəzinin ödənilməsi üçün sığorta ödənişini sığortaçıdan həm həmin mütəxəssisin vasitəsiçiliyi ilə, həm də birbaşa  tələb edə bilər. Sığorta nəzarəti orqanının verdiyi lisenziya əsasında bu cür vasitəçilik fəaliyyətini göstərən mütəxəssis sığorta brokeridir. Sığorta brokeri təkcə fiziki şəxs olan mütəxəssis kimi deyil, həm də hüquqi şəxs kimi də fəaliyyət göstərə bilər. Bu zaman hüquqi şəxs olan sığorta brokerinin ən azı bir əsas işçisi, adətən rəhbəri fiziki şəxs kimi sığorta brokeri lisenziyasına malik olur.

Son xəbərlər
Digər xəbərlər