Azərbaycanda yeni soyuducu anbarlar yaradıla bilər

“Araşdırmalar göstərir ki, Azərbaycanda əsasən kartof olmaqla tərəvəz saxlamaq üçün 150-200 min ton tutumlu yeni soyuducu anbarların yaradılmasına ehtiyac var”.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

“Sahibkarlar artıq bu istiqamətdə investisiya qoymaq istəyirlər. Azərbaycanda kartof istehsalı əsasən Şəmkir, Tovuz, Qazax, həmçinin İsmayıllı və Xaçmaz rayonlarındadır. Soyuducu anbarlar istehsal rayonlarında, həmçinin istehlak bazarına yaxın – Bakı şəhəri ətrafında yaradıla bilər”, – deyə o, qeyd edib. 

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları