Bu il Azərbaycanda yeni vençur fondunun yaradılması nəzərdə tutulur.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva bildirib.
Onun sözlərinə görə, fondun nizamnamə kapitalının 20 milyon manat olması planlaşdırılır.
Xatırladaq ki, Azərbaycanda ötən il yaradılmış “Caucasus Ventures” adlı vençur kapital fondunun 11 milyon manat nizamnamə kapitalına malikdir. Bunun 5 milyon manatını dövlətin adından çıxış edən nazirlik, 5 milyon manatını “PAŞA Holdinq” MMC, 1 milyon manatını isə 6 kiçik sahibkar təmin edib.