23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda yeni yaradılan iqtisadi məhkəmələrin mənfi və müsbət tərəfləri

Azərbaycanda yaradılacaq vergi və gömrük məhkəmələrinin müsbət tərəfi ondan ibarətdir ki, ixtisaslaşmış məhkəmə olacaq. Sırf bu sahə üzrə problemlər həll olunması, müraciət edən üçün də müsbət hal olacaq. Mənfi tərəfi ondan ibarətdir ki, məhkəmələr üçün kadr çatışmazlığı var. Vergi məhkəmələrin idarə edən hakim ən azından vergi sahəsində bir 10 il işləsin eləcə də, gömrük məhkəməsi üzrə işləyən hakim.

Belə olmadıqda onların qərarlarının verilməsində yanlışlıq ola bilər və bu da müəyyən narazıçılıq yaradacaq. Vergi sahəsində təcrübəsi olmayan şəxsin də, hakim kimi təyin etmək olar amma onun ən azından iqtisadiyyatın əsas sütünlarından olan mühasibatlıqda, təcrübəsi olmalıdır.

Mühasibatlığın iqtisadiyyatın bir çox sahələri ilə də təması var. İstər gömrük olsun, istərsə də vergi olsun. Hüquqşünaslardan əlavə, iqtisadçılar hakimlik etsələr daha yaxşı olar. Çünki iqtisadiyyatın daxilin iqtisadçı hüquqşünasdan yaxşı bilir. Bu həm də bir yenilik olar. Yəni bir  hakim hüquqşünas, bir hakim isə iqtisadçı. Ümid edirəm ki, mənim qeydim gələcəkdə nəzərə alınacaq və müsbət həllini tapacaq.

Müəllif
Rauf Qarayev
İqtisadçı-ekspert

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər