6 C
Baku
Sunday, January 29, 2023

Azərbaycanda yeni yaradılmış vençur fondunda dövlətin payı açıqlanıb

Azərbaycanda bu gün təqdimatı keçirilmiş “Caucasus Ventures” MMC vençur fondunun təsis paylarının 44%-i dövlətə məxsusdur.

Bunu Fondun rəhbəri Məmməd Kərimov bildirib.

Onun sözlərinə görə, təsisçilərin fond üçün ayırdığı 11 milyon manatın təxminən 10 %-i Fondun saxlanmasına xərclənəcək, qalan hissəsi startaplara yönəldiləcək.

“Əslində fondun saxlanılması üçün ayrılmış məbləğ azdır. Yəqin ki, fondun xərclərini qarşılamaq üçün investorlardan əlavə vəsaitlərin alınması ilə bağlı danışıqlar aparacağıq. Ümumi məbləğ – 11 milyon manat da azdır. Bu rəqəm təxminən 20-30 milyon manat olmalıdır. Təxminən 3-4 ildən sonra biz Fondun fəaliyyətinin ilikin nəticələrini görəcəyik. Ermənistandan başqa yaxın ətraf regiondakı 10-a yaxın ölkənin startapları bu fonddan yararlana biləcəklər”, – deyə M.Kərimov qeyd edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Caucasus Ventures”i bu il noyabrın 25-də, 1 000 manat nizamnamə kapitalı ilə dövlət qedyiyyatına alıb. Yeni kommersiya qurumunun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, ev 13, mənzil 36-dır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X