Azərbaycanda yeni yaşayış sahələrinin 98%-ni qeyri-dövlət sektoru tikib

Azərbaycanda 2025-ci ildə istifadəyə verilmiş yaşayış evlərinin 97.8%-i qeyri-dövlət sektorunun payına düşüb.

Banker.az-ın məlumatına görə, il ərzində istifadəyə verilmiş 4 milyon 823.9 min kvadratmetr yaşayış sahəsinin 4 milyon 718.7 min kvadratmetri qeyri-dövlət mülkiyyətinə aid olub.

Dövlət mülkiyyətinin payına isə 105.2 min kvadratmetr və ya ümumi həcmin 2.2%-i düşüb.

Əhalinin şəxsi vəsaiti hesabına tikilmiş yaşayış evlərinin ümumi sahəsi 3 milyon 759.5 min kvadratmetr təşkil edib. Bu, ölkədə istifadəyə verilmiş bütün yaşayış sahəsinin 77.9%-nə bərabərdir.

Göstəricilər mənzil tikintisində əsas ağırlığın özəl təşəbbüs və əhalinin şəxsi maliyyə imkanlarının üzərinə düşdüyünü göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər