26 C
Baku
Thursday, May 30, 2024

Azərbaycanda yerli istehsal “Khazar” və “NazLifan”ların sayı açıqlandı

Azərbaycanda istehsal edilən avtomobillərin sayı məlum olub. Söhbət burada Daxili İşlər Nazirliyində qeydiyyatda olan minik avtomobillərindən gedir.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ilin 1 yanvarına olan göstəriciyə əsasən, Neftçala Sənaye Parkında İranla birgə istehsal edilən “Khazar” avtomobillərinin sayı 7 313 ədəd təşkil edib.

Bu 2023-cü ilin əvvəlində 6 907 ədəd olduğunu nəzərə alsaq son  bir ildə 406 və ya 5.88% ədəd artımdır.

Naxçıvan Avtomobil Zavodunda istehsal edilən “NazLifan”ların sayı son bir ildə 38 ədəd artaraq 5 733 ədəd təşkil edib. Ötən ilin əvvəlində 5 695 ədəd idi.

Azsamand”ların sayı isə 3 392 olmaqla demək olar ki dəyişməz qalıb.

Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən 2023-cü ildə Azərbaycanın yerli avtomobil zavodlarında ümumilikdə 3 738 minik avtomobili istehsal edilib və bunların da cəmi 17 ədədindən başqa hamısı satışa yönəldilib. İstehsal illik müqayisədə 82% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər