6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Azərbaycanda yoluxma sayı 156 nəfərə düşdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Banker.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib, aktiv xəstə sayı 6611 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 546, ötən müddət ərzində isə ümumilikdə 3 458 790 test aparılıb.

Son xəbərlər
Oxşar xəbərlər