22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Azərbaycanda yoluxma sayı açıqlandı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Banker.aza verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 417 996 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib. 51 315 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 536, bu günə qədər isə ümumilikdə 4 431 053 test icra olunub.

 

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər