“Təbəssüm” ASC yenidən təşkil olunaraq “Təbəssüm-2017” MMC-yə çevrildiyini elan edib.
Bu barədə mənbə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar müəssisə dövriyyədən hər birinin nominal dəyəri 2 manat olan 5 991 ədəd səhmini çıxarıb.
Xatırladaq ki, “Təbəssüm” ASC 1998-ci ildə yaradılıb.