37 C
Baku
Tuesday, August 16, 2022

Azərbaycandakı bankların sayı 20-yə enə bilər

“Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq”.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov öz səhifəsində yazıb. Onun sözlərinə görə, bu prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: “Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma, sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir”.

Xatırladaq ki, iqtisadçı-ekpert Samir Əliyev də “Atabank” və “Caspian Development Bank”ın birləşməsinə münasibət bildirərkən daha 6 bankın bağlanması ilə bağlı şərh vermişdi.

Son xəbərlər
Oxşar xəbərlər