19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Azərbaycandakı böyük şirkətlərdən birinə təyinat olub

Azərbaycanın böyük sement istehsalçısı olan “Holcim (Azərbaycan)” ASC-də yeni departament rəhbəri təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Anar İsmayılov, Satış və Logistika üzrə Direktoru təyin olunb.

Qeyd edək ki, Anar İsmayılov satış, marketinq, bazarın analizi, dəyər əsasında satış və fərdi həllərin inkişafı üzrə yerli və regional kommersiya sahələrində geniş təcrübəyə malikdir. Anar Holcim Azərbaycandakı karyerasına 2007-ci ildə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. 2013-ci ildə, Holcim-in Avropadakı Regional Ofislərində müxtəlif layihələrə rəhbərlik etmişdir. İyul 2018-ci il tarixindən Anar İsmayılov “Holcim (Azərbaycan)” ASC-yə Satış və Logistika üzrə Direktor vəzifəsinə təyin olunmuşdur. Anar İsmayılov, Azərbaycan Memarlıq və İnşaat Universitetindən İnşaat və Sənaye Mühəndisliyi diplomuna sahibdir.

Son xəbərlər
Oxşar xəbərlər