12 C
Baku
Monday, April 15, 2024

“Azərbaycandakı fermerlər hələ də ənənəvi əkinçilik təcrübələrindən istifadə edirlər”

Azərbaycandakı kiçik və orta fermerlər hələ də ənənəvi əkinçilik təcrübələrindən istifadə edirlər.

Bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ında qeyd olunub.

Bundan başqa, hesabatda xüsusi olaraq vurğulanıb ki, Azərbaycanda fermerlər iqlimə optimallaşdırılmış kənd təsərrüfatının (İOKT) məhsul artımı, torpaqların keyfiyyətinin artırılması və ətraf mühitə təsirin azaldılması ilə bağlı faydalardan məlumatlı deyillər: “Təhsil və məlumatlılığın azlığı daha yüksək məhsuldarlıq potensialını özündə birləşdirən yeni bitkilərin tətbiqini məhdudlaşdırır”.

Bundan başqa, qeyd olunub ki, ölkədə fermerlərin təqribən 82 faizinin sahəsi 2 ha-dan daha azdır (ümumilikdə kiçik fermerlərin sayı 1 108 000-dur).

Hesabatda damcılı suvarma ilə bağlı məsələlərə də toxunulub.

“Damcılı suvarmadan istifadə perspektivli olsa da, müəyyən məhdudiyyətlər var. Hazırda suvarılan torpaqların təqribən 57 faizində intensiv səthi suvarmadan, 43 faizində isə çiləmə üsulu ilə suvarmadan istifadə edilir. Damcılı suvarma ən çox çoxillik bitkilər, xüsusilə meyvə ağacları üçün münasibdir. Yəni bu cür suvarma taxıl bitkiləri üçün münasib hesab edilmir. Azərbaycanın dövlət subsidiya siyasəti damcılı suvarmaya görə subsidiyaları əhatə etmir”, – deyə hesabatda vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər