13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 15.8% artırıb

2021-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 21245.7 milyon kVt elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2% artım deməkdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İstilik elektrik stansiyalarının istehsalı 19387.6 milyon kVt, su elektrik stansiyalarının istehsalı 1081.5  milyon kVt, günəş enerjisi ilə işləyən elektrik stansiyalarının istehsalı isə 47.7 milyon kVt olub. Əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən bu göstəricilərdə müvafiq olaraq 7.1%, 17.2% və 15.8% artım müşahidə olunub.

Küləklə işləyən elektrik stansiyalarının istehsalı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3% azalaraq 75.6 milyon kVt olub.

Son xəbərlər
Oxşar xəbərlər
X