Azərbaycandakı səhmdar cəmiyyətlərindən birinin sahibi dəyişib

“Bakı Fond Birjası” QSC-də “Sabunçu Sənaye İstehsal” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Birjaya istinadən xəbər verir ki, əqd səhmdar cəmiyyətinin dövriyyədəki hər birinin nominal dəyəri 2 manat olan 626 221 ədəd səhmindən 516 436 ədədinin və yaxud 82,5%-nin realizə edilməsini nəzərdə tutur.

Bu isə faktiki olaraq müəssisənin sahibinin dəyişməsi deməkdir.

Xatırladaq ki, “Sabunçu Sənaye İstehsal” 2003-cü ildə yaradılıb. Səhmdar cəmiyyəti adından da göründüyü kimi Bakının Sabunçu rayonunda – Bakıxanov qəsəbəsində yerləşir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları