Azərbaycanda fəaliyyət göstərən telekanal “CBC TV”yə maya qoyulub.
Banker.az xəbər verir ki, rəsmi adı ilə “Caspian International Broadcasting Company” MMC-nin nizamnamə kapitalı 835 000 manat, 2.9% artırılıb.
Şirkətin nizamnamə kapitalı 29 717 520 manata çatdırılmışdır.
Xatırladaq ki, “Caspian International Broadcasting Company” MMC 2012-ci ildə yaradılıb. “CBC TV” hazırda üç dildə – azərbaycan, rus və erməni dillərində fəaliyyət göstərir.