24 C
Baku
Thursday, April 18, 2024

Azərbaycandan 1 milyard dollardan çox kapital çıxarılıb

Azərbaycanın tədiyyə balansında 2022-ci ilin birinci rübündə kapital və maliyyənin hərəkəti hesabında $1.2 mlrd. kəsir yaranıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının rüblük hesabatına istinadən xəbər verir.

2022-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri $848.9 mln. artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa xarici investisiyalar (-$36.3 mln.), portfel investisiyaları ($119.2 mln.) və digər investisiyalar ($766 mln.) hesabına formalaşmışdır.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 346.7 mln azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa xarici investisiyalar (-$1 027.9 mln), neft bonusu ($450.2 mln), portfel investisiyaları (-$48.8 mln) və digər investisiyalar ($279.8 mln) hesabına formalaşıb.

Son xəbərlər
Digər xəbərlər