6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Azərbaycandan Almaniyaya çarter reysi təşkil ediləcək

Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları mayın 11-də Bakıdan bu ölkənin Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edəcəklər.

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, birtərəfli uçuş təxminən 230 avroya başa gələcək.

“Əlavə məlumatlar hələ məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək. Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün ən gec saat 14:00-a qədər [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Uçuş yerlərinin tükəndiyi halda Almaniya /Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək”, – məlumatda qeyd olunub.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər