19 C
Baku
Saturday, March 25, 2023

Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixrac edilən bu məhsul yoxlamalardan keçiriləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac olunacaq işlənmiş dəri məhsulları idxalçı ölkələrin tələblərinə və beynəlxalq protokola uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq göstəricilər üzrə müəyyən tezliklərlə müayinə olunacaq.

Banker.az xəbər verir ki, Mərkəzi Baytarlıq Laboratoriyasına ölkə üzrə gön-dəri emalı və tədarükü ilə məşğul olan  müxtəlif müəssisələrdən ay ərzində 160.000 dən çox nümunə daxil olur.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün yerli müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə qəbul edilib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər
X