7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Azərbaycandan bu məhsulların satışına görə ölkəyə 88 milyon xarici valyuta daxil olub

Azərbaycandan xarici ölkələrə ilk dörd ayda 88 milyon 27 min ABŞ dolları dəyərində polipropilen və polietilen ixrac edilib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir.

Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 50 milyon 974 min ABŞ dolları dəyərində polietilen, 37 milyon 53 min ABŞ dolları dəyərində polipropilen ixrac olunub.

İxrac olunmuş bu məhsullardan polietilenin dəyəri 21 milyon 147 min ABŞ dolları (41.4 %), polipropilenin dəyəri isə 10 milyon 599 min ABŞ dolları (40 %) artıb.

İxrac edilmiş polietilen 45 min 338 ton, polipropilen isə 30 min 758 ton olub.

Son xəbərlər
Oxşar xəbərlər