26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Azərbaycandan buğda və buğda unu ixracına tətbiq edilən gömrük rüsumu dəyişib

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycandan ununun ixracına qoyulan gömrük rüsumu dəyişib.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarda əksini tapıb.

Qərara əsasən, bərk buğda, yumşaq buğda, pərinc və buğda-çovdar ununa tətbiq edilən 15% ixrac gömrük rüsumu hər 1000 kiloqramına 200 ABŞ dolları ixrac gömrük rüsumu ilə əvəz olunub.

Eyni zamanda Azərbaycanda ixrac olunan buğdanın hər 1000 kiloqramına 200 ABŞ dolları ixrac gömrük rüsumu tətbiq ediləcək.

Bu Qərar 2022-ci il mayın 1-dək qüvvədədir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər